Suriyada hərbi məktəbə PUA endirilib, ölənlər var

Suriyada hərbi məktəbə PUA endirilib, ölənlər var

Suriyanın Homs şəhərində yerləşən hərbi məktəbə pilotsuz uçuş aparatı (PUA) endirilib.

Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Hadath" məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Qeyd edək ki, telekanal əvvəlcə 54 nəfərin öldüyünü bildirmişdi. Sonradan məlumatlara düzəlişlər edilib. Həyatını itirənlərin dəqiq sayı hələlik məlum deyil.

Suriyanın “Al Ekhbariya” telekanalı dəqiqləşdirib ki, ölən və yaralananların əksəriyyəti məktəbə dəvət olunmuş suriyalı hərbçilərin qohumlarıdır. Belə ki, hərbi məktəbə PUA hücumu kursantların buraxılış mərasiminin sonunda edilib. Keçirilən təntənəli tədbir 1973-cü il Ərəb-İsrail müharibəsinin 50-ci ildönümünə həsr olunub.

Xəbəri paylaş

VİDEOLAR