Suriyanın Rakka vilayətində əsgərləri daşıyan avtobusda baş verən partlayışda 13 əsgər həyatını itirib, 2-si yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Suriyanın Rakka əyalətində hərbi avtobusun keçidi zamanı bombanın partlaması nəticəsində azı 13 əsgər həlak olub, iki nəfər yaralanıb.
Suriya Səhiyyə Nazirliyi yaralanan iki əsgərin vəziyyətinin ağır olduğunu bildirib.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşmanın üzərinə götürmədiyi bildirilir.