Suriya prezidenti Bəşər Əsəd bütün fərarilən tam amnistiyasına dair fərman imzalayıb.
Az.rasthaber.com RT-a istinadən xəbər verir ki, qərar 2022-ci il 25 yanvaradək fərar etmiş şəxslərə aiddir.
Amnistiya həm ölkə daxilində ordu sıralarından qaçmış şəxslərə, həm də ölkə xaricinə qaçan şəxslərə şamil edilir.
Əmrə əsasən, amnistiya isə ölkə daxilindəki fərarilərin 3 ay ərzində, ölkə xaricindəki fərarilərin isə 4 ay ərzində könüllü şəkildə müvafiq orqanlara müraciət etməsi şərti ilə tətbiq ediləcək.