Suriyada ABŞ-ın nəzarətində olan qruplaşmalar arasında silahlı qarşıdurma baş verib

Suriyada ABŞ-ın nəzarətində olan qruplaşmalar arasında silahlı qarşıdurma baş verib

Rusiyanın Suriyadakı Atəşkəsə Nəzarət Monitorinq Mərkəzinin rəhbəri Oleq Juravlyov bu haqda məlumat verib

Rasthaber Azərbaycan xəbər verir ki,  Rusiyanın Suriyadakı Atəşkəsə Nəzarət Monitorinq Mərkəzinin rəhbəri Oleq Juravlyov Suriyada ABŞ-ın təlim etdiyi döyüşçülər ilə ABŞ-ın nəzartindəki radikal qruplar arasında silahlı qarşıdurma olduğunu bildirib.

Aprel ayının 13-dən 14-nə keçən gecə Rukban düşərgəsinin olduğu bölgədəki ABŞ ordusuna aid bazada yetişdirilən qanunsuz silahlı qrupların Tanif bölgəsindən çıxma cəhdində olduğunu, lakin bu vaxt döyüşçülərə ABŞ-ın nəzarətində olan radikal qrupların hücuma məruz qaldığını qeyd edən Juravlyov, baş vermiş qarşıdurmada 3 hərbi maşının partladıldığını və qaça bilən 27 nəfərin hazırda Suriya ordusunun əlində olduğunu qeyd edib.

“Təslim olan döyüşçülər, ABŞ-lı təlimçilərin özlərinin neft bazaları və nəqliyyat infrakstrukturasında təxribat həyata keçirmək, Suriya hökümətinin nəzarəti altındakı bölgələrdə terror aktları həyata keçirmək üçün yetişdirdiyi məlumatını verdilər.”, -deyə Rusiyanın Suriyadakı Atəşkəsə Nəzarət Monitorinq Mərkəzinin rəhbəri Oleq Juravlyov əlavə edib.

Juravlyov həmçinin 27 döyüşçünün Qərb istehsalı olan qumbara və yuxarı kalibrli silahları təhvil verdiyini, döyüşçülər onların Amerikalıların silah və avtomobil verdiyini dediklərini də önə çəkib.

Xəbəri paylaş

VİDEOLAR