Suriyada ABŞ-ın hərbi bazasına hücum edilib

Suriyada ABŞ-ın hərbi bazasına hücum edilib

Bildirilib ki, ABŞ-ın ən böyük hərbi bazasının yerləşdiyi Suriyadakı Əl Ömər neft yatağından partlayış səsləri eşidilib.

Az.rasthaber.com xəbər verir ki, Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsindəki ABŞ hərbi bazası raketlərlə hədəfə alınıb.

Yerli mənbələrdən verilən açıqlamada, hücumdan sonra hərbi bazada güclü partlayış səsinin eşidildiyi bildirilib.

ABŞ qüvvələri dəymiş ziyanın miqyası ilə bağlı açıqlama verməsələr də, təcili yardım maşınlarının ABŞ hərbi bazasının yaşıl ərazisinə doğru getdiyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR