5.07.2021 13:03:51
Suriyada ABŞ hərbi bazasına raket atılıb
Rasthaber Azərbaycan xəbər verir ki, Suriya ordusu tərəfindən Suriyanın ən böyük neft sahəsi olan Ömərdə olan ABŞ-ın hərbi bazasına raket hücumu həyata keçirilib.
Bazaya 9 raketin atıldığı qeyd edilir.
Bu hərbi baza keçən həftə də raketlə hədəfə alınmışdı.
ABŞ Ordusu Demokratik Suriya Gücləri ilə birlikdə Suriyanın ən böyük neft və qaz yataqlarının olduğu Deyr əz Zor, Haseke və Rəqqa bölgələrinin şimalındakı torpaqları qanunsuz olaraq nəzarət edir.
Rəsmi Dəməşq ABŞ hərbiçilərinin ölkə ərazisindəki varlığını "işğal və neft oğurluğu məqsədilə dövlət quldurluğu" olaraq dəyərləndirir.
Suriyadakı münaqişələrin başlamasından öncə Ömər neft hövzəsində gündə 75 min barel neft çıxarılırdı.