Suriya və Səudiyyə Ərəbistanı razılığa gəldi

Suriya və Səudiyyə Ərəbistanı razılığa gəldi

Suriya və Səudiyyə Ərəbistanı təhlükəsizliyin gücləndirilməsi və hər cür terror təşkilatı ilə mübarizənin vacibliyini vurğulayaraq, iki ölkə arasında konsulluq xidmətlərinin və uçuşların davam etdirilməsi prosesinin başlamasından məmnunluqlarını bildiriblər.

Az.rasthaber.com xəbər verir ki, Suriyanın xarici işlər naziri Feysəl Miqdadın Səudiyyə Ərəbistanı Krallığına səfərinin yekununda verilən birgə mətbuat bəyanatında bildirilib:

"Səudiyyə Ərəbistanı Krallığının ərəb xalqımızın işlərinə xidmət edən, ölkəsinin və xalqının mənafeyini qoruyan hər şeyə göstərdiyi həssaslıq və maraq çərçivəsində və Şahzadə Feysal bin Fərhan Al Səudun dəvətinə cavab olaraq, Suriyanın xarici işlər naziri Feysəl Miqdad bu gün Səudiyyə Ərəbistanına səfər edib.

İki tərəf arasında Suriyanın birliyini, sabitliyini, ərəb kimliyini və Suriya xalqının rifahı üçün ərazi bütövlüyünü qoruyan siyasi həllə nail olmaq səylərini müzakirə etmək üçün görüş keçirilib".

Bəyanatda tərəflər həmçinin humanitar çətinliklərin həlli və Suriyanın bütün bölgələrinə yardımın çatdırılması və suriyalı qaçqın və məcburi köçkünlərin öz bölgələrinə qayıtması üçün müvafiq mühitin təmin edilməsi, həmçinin, onların iztirablarının sona çatması üçün lazımi şəraitin yaradılmasının vacibliyi və onların vətənlərinə təhlükəsiz qayıda bilmələri və Suriya ərazisində vəziyyətin sabitləşməsinə töhfə verəcək əlavə tədbirlər görülməsinin vacibliyi barədə razılığa gəlindiyi açıqlanıb.

Bəyanatın sonunda tərəflər iki ölkə arasında konsulluq xidmətlərinin və uçuşların bərpası üçün prosedurların başlanmasından məmnun olduqlarını ifadə ediblər.

Xəbəri paylaş

VİDEOLAR