Suriya və Rusiya rəsmiləri İdliblə bağlı birgə bəyanat yayıb.
Rasthaber Azərbaycan xəbər verir ki, Suriya və Rusiya rəsmiləri İdlibdə baş verən proseslərlə bağlı birgə bəyanat yayıb.
Al Mayadeen-in bildirdiyinə görə bəyanatda, Suriya Ordusunun İdlibdə hərəkətə keçməsinin səbəbinin silahlı qruplaşmaların təxribatları olduğu bildirilib.
Bəyanatda “Suriya Ordusunun İdlibdəki fəaliyyətləri, terrorçu təxribatlarına verilən bir cavabdır.”, -deyə qeyd edilib.