Suriyanın xarici işlər naziri Feysəl əl-Miqdad Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşüb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Suriyanın xarici işlər naziri Feysəl əl-Miqdad İrana üç günlük səfərə gedib.
O səfər çərçivəsində iranlı həmkarı ilə görüşərək, qarşılıqlı əlaqələri və bir sıra region məsələlərini müzakirə edib.
Onun İranın prezidenti İbrahim Rəisi ilə də görüşü gözlənilir.
Bu səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair yeni sənədlər imzalanacaq.