Suriya Ukrayna ilə əlaqələri kəsdi

Suriya Ukrayna ilə əlaqələri kəsdi

Rəsmi Kiyevin analoji addımına cavab olaraq Suriya da Ukrayna ilə diplomatik münasibətləri kəsir.

Rastahber Azərbaycan SANA-ya istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi məlumat verib.

“Suriya Ərəb Respublikası Ukrayna hakimiyyətinin bu məsələ ilə bağlı (oxşar) qərarına cavab olaraq Ukrayna ilə diplomatik münasibətləri kəsməyə dair qərar qəbul edib“, – deyə qeyd edilib.

Bildirilib ki, “Ukrayna 2018-ci ildə faktiki olaraq Suriya ilə münasibətləri kəsib“. O zaman rəmi Kiyev suriyalı diplomatların vizalarını uzatmaqdan imtina etmişdi və buna görə də Suriyanın Kiyevdəki səfirliyinin işi dayandırılıb.

Xatırladaq ki, 30 iyunda Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Suriya ilə diplomatik münasibətləri kəsdiyini elan edib.

Xəbəri paylaş

VİDEOLAR