Suriya prezidenti Çinə səfər edəcək

Suriya prezidenti Çinə səfər edəcək

Suriya prezidenti Bəşər Əsəd yüksək səviyyəli rəsmilərlə görüşmək üçün tezliklə Çinə səfər edəcək.

Az.rasthaber.com xəbər verir ki, Livanda nəşr olunan əl-Əxbar qəzetinin xəbərinə görə, Suriya prezidenti Bəşər Əsəd yaxın vaxtlarda Çinə rəsmi səfər edəcək.

Əl-Əxbar qəzetinə danışan diplomatik mənbələr Suriya lideri Bəşər Əsədin yaxın həftələrdə yüksək səviyyəli nümayəndə heyəti ilə Pekinə gedəcəyini bildirib.

Bu səfəri çox əhəmiyyətli kimi xarakterizə edən Suriya rəsmiləri Bəşər Əsədin Çin lideri Si Cinpinlə görüşəcəyini də bildiriblər.

Xəbəri paylaş

VİDEOLAR