Suriya prezidenti Bəşər Əsəd çinli həmkarı Si Cinpinin rəsmi dəvətinə cavab olaraq Çinə gedib.
Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Suriya prezidenti Bəşər Əsəd 2004-cü ildən bəri ilk dəfə Çinə rəsmi səfər edib.
Əsəd bu gün bir çox xarici liderlərin qatılacağı Asiya Oyunlarının açılış mərasimi üçün Çinə gəlib.
Dəməşqdən əvvəlki açıqlamaya görə, Əsədin Çin prezidenti Si Cinpinlə görüşü gözlənilir.
Suriya Rəyasət Heyətinin çərşənbə axşamı verdiyi açıqlamaya görə, Bəşər Əsəd, həyat yoldaşı Əsma Əsəd və onu müşayiət edən yüksək səviyyəli nümayəndə heyəti Pekin və Çançjouda bir sıra görüşlər keçirəcək.