Suriyanın Həsəka əyalətində radikal qruplaşmalar Suriya Ordusunun mövqelərini artileriyadan hədəfə alıblar.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, radikal qruplaşmaların Suriya Ordusunun Ummul-Kəyf kəndi ərazisindəki mövqelərini artileriyadan hədəfə alması nəticəsində bir nəfər ölüb və altı əsgər yaralanıb.
Mənbə bildirib ki, silahlı qruplaşmalar Türkiyə sərhədinə yaxın bölgədən ordunun mövqelərini hədəfə alıb.
Qeyd edək ki, Suriyada Həsəka əyalətinin yerləşdiyi Fəratın şərq hissəsinin böyük əksəriyyətini separatçı kürd bölmələri və ABŞ nəzarətdə saxlayır. Suriya hökumət qüvvələri Həsəka və Qamışlıda şəhər mərkəzləri və bir neçə hava limanını nəzarətdə saxlayır. Son günlərdə Türkiyənin bölgədə hərbi əməliyyata başlaması ilə bağlı xəbərlərin yayılması gərginliyi artırıb.