Suriya Ordusunun avtobusu partladılıb, azı 17 hərbçi həlak olub

Suriya Ordusunun avtobusu partladılıb, azı 17 hərbçi həlak olub

Dəməşq-Sabura yolunda ordu hərbçilərinin olduğu avtobus partladılıb. Onlarla ölən və yaralı var.

Az.rasthaber.com xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.

Bildirilib ki, bu gün sübh Dəməşq-Sabura yolunda ordu hərbçilərinin olduğu bir avtobus öncədən quraşdırılmış bomba ilə partladılıb.

Mənbələr azı 17 hərbçinin həlak olduğu və daha 15 hərbçinin yaralandığını bildirirlər.

Bu partlayışı hələ heç bir qrup üzərinə götürməyib.

Xəbəri paylaş

VİDEOLAR