Suriya Ordusu Türkiyə və İraqla sərhədin böyük hissəsini terrorçulardan təmizləyib

Suriya Ordusu Türkiyə və İraqla sərhədin böyük hissəsini terrorçulardan təmizləyib

Suriya hökumət qüvvələri Türkiyə və İraqla sərhədin böyük bir hissəsinə nəzarəti bərpa edib.

Rasthaber Azərbaycan "Sputnik"-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

"Vəziyyət yaxşılaşır, terrorçuların nəzarət etdiyi ərazilərin miqyası azalmağa davam edir. Təbii ki, İdlib zonası, həmçinin ölkənin şimal-şərqində terror qruplaşmalarının qalıqlarının zərərsizləşdirilməsi işlər aparılır", - deyə Lavrov BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Qeyr Pedersonla görüşdən əvvəl bildirib.

Xəbəri paylaş

VİDEOLAR