Raşidin-4 bölgəsini də terrorçuların işğalından azad edib
Rasthaber Azərbaycan xəbər verir ki, Suriya Ordusu Hələb vilayətinin digər bölgələrinin terrorçuların işğalından azad edilməsini elan edib.
Suriya ordusu Hələbin cənub-qərbində yerləşən Kəfər Nuran və qərbində yerləşən Xan Ələşəl kəndlərini azad etməyə müvəffəq olub.
Suriya İnsan Haqları Gözətçisi adlı mərkəzin bildirdiyinə görə, bu ölkə ordusu Hələb-Dəməşq avtomagistralını öz nəzarətinə alıb.
Suriya ordusu həmçnin Hələb şəhərinin ətrafında yerləşən Raşidin-4 bölgəsini də terrorçuların işğalından azad edib.
Suriya ordusu ötən günlər ərzində 600 kvadrat -kilometrdən çox olan öz irəliləyişlərinin davamında yeddi ildən sonra Hələb-Dəməşq beynəlxalq avtomagistralını azad və Suriyanın iki iri şəhəri arasında gediş-gəlişi bərqərar edib.
İdlib vilayəti terror qruplarının Suriyadakı sonuncu bazalarıdır. Bu vilayətin, həmçinin Laziqiyyənin şərqi və Hələbin qərb hissələrinin azad edilməsilə terrorizmin bu ölkədəki iştirakına son qoyulacaq.