Suriya ordusu işğalçı ABŞ karvanını geri çəkilməyə məcbur edib

Suriya ordusu işğalçı ABŞ karvanını geri çəkilməyə məcbur edib

Suriya ordusu qüvvələri, Suriyanın şimalındakı Əl-Həsəka əyalətində ABŞ hərbi karvanını geri çəkilməyə məcbur edib.

İslamazeri.com xəbər verir ki, Suriya ordusu Əl-Qamışlı, Əl-Damkhiya, Əs-Saqira və Təl Zəhəb bölgəsinə girməyi planlaşdıran Amerika əsgərlərindən ibarət karvanı bu ərazini tərk etməyə məcbur edib.
Bu barədə Əl-Damxiya əs-Saqira kəndindəki yerli mənbələr məlumat verib. Sözügedən kənddə Suriya ordusunun nəzarət-buraxılış məntəqəsi altı hərbi maşından ibarət amerikalı hərbçilərdən ibarət karvanı və özünü Suriya Demokratik Qüvvələri adlandıran qurupun avtomobilini dayandırıb.
Bu mənbələrin məlumatına görə, işğalçı Amerika hərbçilərinin karvanı Əl-Dəmxiyə kəndi ilə bitişik ərazini tərk etdikdən sonra Təl Zəhəb kəndinə doğru hərəkət edərək bu kəndə daxil olmaq niyyətində olub. Lakin bu hərəkətin qarşısı Suriya ordusu tərəfindən alınıb.

Xəbəri paylaş

VİDEOLAR