Suriya Ordusu İdlibin yarısını terrorçulardan təmizlədi

Suriya Ordusu İdlibin yarısını terrorçulardan təmizlədi

Suriya ordusu bu ölkənin şimalında yerləşən İdlib vilayətinin təqribən 50%-ni terrorçulardan təmizləyib

Rasthaber Azərbaycan İran mediasına istinadən verdiyi xəbərə görə,  Suriya ordusu və silahlı qüvvələrinin baş komandanlığı dünən bildirib ki, ordu qüvvələrinin irəliləyişi gedişində 600 kvadrat-kilometrdən çox bir sahəyə malik ərazi İdlibdə və Hələbin ətrafında terrorçuların işğalından azad edilib.

Məlumata görə, Suriyada milli barışıq heyətinin üzvü Ömər Rəhmun İdlib ətrafındakı bölgə və qəsəbələrin sakinlərinin ordunun daxil olması üzrə çağırışından və terror qruplarına qarşı olan suriyalı qruplarla həmkarlığa hazır olmalarından xəbər verib.

İdlib vilayəti terrorçuların Suriyadakı sonuncu bazasıdır. Bu vilayətin, həmçinin Hələbin qərbindən və Laziqiyyənin şərqindən bəzi hissələrin azad edilməsilə terrorizmin bu ölkədə iştirakına son qoyulacaq. Suriya ordusu Hələb ətrafında irəliləyərək, bir sıra məntəqələri terrorçuların işğalından azad edib.

Suriyanın şərqində yerləşən Deyrəzzur şəhərinin cənubunda da bu ölkə ordusu İŞİD terrorçularına qarşı geniş əməliyyata başlayıb və terrorçuların mövqelərini ağır texnika ilə atəşə tutub.

Suriya ordusunun Dəməşq-Hələb beynəlxalq şose yoluna tərəf irəliləyiş üzrə hərbi əməliyyatı davam edir.

Xəbəri paylaş

VİDEOLAR