Suriya Ordusu Hələbdə 3 kəndi terrorçulardan təmizlədi

Suriya Ordusu Hələbdə 3 kəndi terrorçulardan təmizlədi

Suriya ordusu çərşənbə günü Hələbin qərb ətrafında yerləşən bir neçə bölgəni terrorçuların işğalından təmizləyiblər.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Suriya ordusunun qüvvələri Hələbin qərb ətrafında yerləşən “Şeyx Əli”, “Ərradə” və “Ərnaz” kəndlərini öz nəzarətləri altına alıblar.

Bu üç kənd beynəlxalq Hələb-Dəməşq avtomagistralı boyunca yerləşir.

Suriya ordusu çərşənbə günü Hələb-Dəməşq avtomagistralını tam şəkildə terrorçulardan alıblar.

Hələbin cənub-qərb ətrafında da suriyalı qüvvələr öz əməliyyatlarını davam etdiriblər. Onlar "Nusra cəbhəsi" terror dəstəsi ünsürlərinin “Kəfər Hələb” və “Miznaz” kəndləri yaxınlığındakı hücumlarını dəf ediblər.

Suriya ordusu son zamanlar terrorçuların İdlib vilayətində atəşkəsi ardıcıl şəkildə pozmalarına cavab olaraq, bu bölgədə hərbi əməliyyata başlayıb və indiyədək bu vilayətin bəzi hissələrini öz nəzarəti altına ala bilib.

İdlib vilayəti terror dəstələrinin Suriyadakı sonuncu bazalarıdır. Bu vilayətin, həmçinin Hələbin qərbi və Laziqiyyənin şərqinin azad edilməsilə terrorizmin bu ölkədəki iştirakı yığışdırılacaqdır.

Xəbəri paylaş

VİDEOLAR