Suriya mövzusunda növbəti Astana sammiti keçiriləcək

Suriya mövzusunda növbəti Astana sammiti keçiriləcək

İran, Türkiyə və Rusiya rəsmiləri də fələcək

Suriya mövzulu 16-cı Astana Toplantısı 7-8 iyul tarixlərində Qazaxıstanın paytaxtı Nur-Sultanda olacaq.

  Rasthaber Azərbaycan trthaber-ə istinadla xəbər verir ki, görüşlərdə başda Birləşmiş Millətlər Təşkilatı xüsusi heyəti olmaqla İordaniya, Livan və İraqdan müşahidəçilər iştirak edəcək.

  Suriyadakı aktual vəziyyət, humanitar yardımların çatdırılması, Cenevrədəki Suriya Konstitusiya Komitəsi işlərinin yenidən başlanılması, məhkumların dəyişməsi, girovların azad edilməsi və itkin düşənlərin axtarılması kimi güvənartırıcı tədbirlər söhbətlərin əsas mövzuları olacaq.

Xəbəri paylaş

VİDEOLAR