Suriya: İsrail törətdiyi bütün cinayətlərə görə cavab verməlidir!

Suriya: İsrail törətdiyi bütün cinayətlərə görə cavab verməlidir!

Suriya Xarici İşlər Nazirliyi İsrail rejiminin Hələb hava limanına hücumunun mülki əhalinin həyatını təhlükəyə atan hərbi cinayət olduğunu vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamasında bildirilib:

"Sionist rejimin təcavüzünün təkrarlanması, xüsusilə Suriyadakı mülki mərkəzlərin sistemli və məqsədyönlü şəkildə hədəfə alınması, sonuncusu Hələb beynəlxalq hava limanının hədəfə alınması beynəlxalq hüquqa görə hərbi cinayətdir. İsrail buna görə cavab verməlidir!".

Bəyanatda həmçinin,  Suriyanın qanuni hüququndan istifadə edərək ölkəsini və millətini bütün lazımi vasitələrlə müdafiə edəcəyi və bu cinayəti törədən İsrail rejimi orqanlarının cavab verəcəyi vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR