İraq-Suriya sərhədində Bu-Kamal sərhəd məntəqəsində İrana məxsus yük maşınları PUA-ların hücumuna məruz qalıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, ötən gecə Bu-Kamalda İrandan Suriyaya ərzaq aparan 25 yük maşınından ibarət karvan naməlum PUA-ların hücumuna məruz qalıb.
Məlumata görə, yük maşınlarının üçü hava zərbələri nəticəsində yanıb.
Bu hücumda xəsarət alan olmayıb.
Hücumun İsrail tərəfindən həyata keçirildiyi təxmin edilir.