Suriya İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində İran-Pakistan sərhədindəki “Mezra Sirr” məntəqəsində törədilən terror aktını pisləyib.
Az.rasthaber.com xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Suriya Xarici İşlər Nazirliyi öz rəsmi Facebook səhifəsində bu barədə açıqlama verib:
Suriya təsdiq edir ki, bu qorxaq terror aktı iki ölkə arasında sərhədlərdə təhlükəsizlik və sabitliyi pozmaq, iki xalq arasında əməkdaşlıq və ticarət mübadiləsinə mane olmaq, iki xalq arasında qardaşlıq və dostluq münasibətlərinə xələl gətirmək məqsədi daşıyır.
Suriya İran əsgərlərinin şəhadəti ilə bağlı qardaş İran xalqına başsağlığı verir və ölkələr arasında münaqişələrin sülh yolu ilə həlli üçün bir vasitə kimi dialoq və diplomatiyaya sadiqliyini bildirir”.