Suriya ilə sərhəddə bir hərbçi şəhid olub

Suriya ilə sərhəddə bir hərbçi şəhid olub

Şırnak vilayətinin Cizrə qəsəbəsində PKK terror təşkilatının hücumu nəticəsində türkiyəli hərbçi həyatını itirib.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

PKK terror təşkilatı üzvlərinin Şırnak vilayətinin Cizrə qəsəbəsində sərhəd məntəqəsinə minaatan hücumu təşkil etdiyi bildirilib.

Açıqlamada hücumda bir əsgərin həyatını itirdiyi qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR