Suriya ilə bağlı Astana danışıqları başlayıb

Suriya ilə bağlı Astana danışıqları başlayıb

Qazaxıstanın paytaxtı Nur Sultanda, Suriyada münaqişənin dayandırılması üçün təşkil edilən 18-ci Astana danışıqları başlayıb.

Az.rasthaber.com MEHR-ə istinadən xəbər verir ki, danışıqları İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacının rəhbərlik etdiyi nümayəndə heyəti müşayiət edir.

Rusiyadan Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, Türkiyədən isə Suriya Xarici İşlər Nazirliyinin baş direktoru səfir Səlcuq Ünal iştirak edir.

Danışıqlar zamanı tərəflər Suriyadakı humanitar və sosial-iqtisadi vəziyyəti, xüsusilə suriyalı qaçqınların geri qayıtması üçün şəraitin təmin edilməsini, Konstitusiya Komitəsinin Cenevrədəki işi, etimadın möhkəmləndirilməsi tədbirləri, girovların azad edilməsi və itkin düşənlərin axtarışı kimi məsələlərin müzakirəsi gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR