Suriya Ordusu İsrail raketlərini göydə vurub.
Rasthaber Azərbaycan xəbər verir ki, Suriya Ordusunun Havadan Müdafiə Sistemi İsrail raketlərini göydə vurub.
Suriyanın rəsmi xəbər agentliyi SANA bildirir ki, Tedmur səmalarında İsrailin raket hücumu Suriya Ordusunun Havadan Müdafiə Sistemi tərəfindən dəf edilib.
Məlumata görə dünən gecə 23:00-da İsrail Ordusunun raketləri Tedmur səmalarında vurulub və əksəriyyəti hədəfə çatmadan dəf olunub.
İsrail Suriyadakı terror qruplaşmalarını dəstəkləmək məqsədilə ara-sıra Suriyaya havadan və qurudan hücumlar həyata keçirməklə yanaşı, yaralı terrorçuları Golan xəstəxanalarına çatdırılmasını da təmin edib.
Bu arada Hasekenin cənubundakı Ruveyşid kəndində naməlum şəxslər ABŞ ordusuna aid bir hərbi maşına hücum etməsi nəticəsində, maşın vurulub bəzi hərbçilər isə yaralanıb.