Suriya Müdafiə Nazirliyindən verilən açıqlamada terrorçu qrupların Suriyanın Həma şəhərində məhəllələrə soxulması xəbərinin doğru olmadığı və silahlı qüvvələrin tam döyüş hazırlığı vəziyyətində olduğu bildirilib.
Az.rasthaber.com xəbər verir ki, Suriya Müdafiə Nazirliyindən verilən açıqlamada mümkün terror hücumunu dəf etməyə hazır olduğu da vurğulanıb.
Suriya Müdafiə Nazirliyi yaraqlıların Həma şəhərinə soxulması ilə bağlı məlumatları təkzib edərək, silahlı qüvvələrin şəhərə nəzarət etdiyini və mümkün hücumu dəf etməyə hazır olduğunu bildirib.
Bəyanatda aşağıdakı cümlələr yer alıb:
Bütün Həma şəhərində vəziyyət normal və təhlükəsizdir. Silahlı qüvvələrimiz şəhərin kənarında və şəhərdən uzaqda bütün istiqamətlərdə yerləşdirilib və mümkün hücumu dəf etməyə tam hazır vəziyyətdədir.