Suriya bəzi ölkələrin İsrailə dəstək olmasını pisləyib

Suriya bəzi ölkələrin İsrailə dəstək olmasını pisləyib

Suriyanın BMT nümayəndəsi deyib: Bəzi ölkələrin sionist rejimin Dəməşq hava limanına hücumlarının BMT Təhlükəsizlik Şurası tərəfindən pislənməsinin qarşısını alması bu ölkələrin sionist rejimə kor-koranə dəstəyinin göstəricisidir.

Az.rasthaber.com xəbər verir ki, Suriya rəsmi xəbər agentliyinin (SANA) verdiyi məlumata görə, Suriyanın BMT-dəki nümayəndəsi Bəssam Sabbaq, çərşənbə günü axşam BMT Təhlükəsizlik Şurasındakı çıxışında, sionist rejimin Suriyaya təcavüzünün və Amerika və Türkiyə qüvvələrinin bu ölkədə olmasının xaosu uzatmaq məqsədi daşıdığını bildirib.

Suriya nümayəndəsi deyib:

"Təhlükəsizlik Şurasının sionist İsrailin Dəməşq beynəlxalq hava limanına hücumunu pisləməkdən çəkinməsi təəssüf doğurur".

Qeyd edək ki, sionist rejim döyüş təyyarələri vaxtaşırı Livanın hava məkanından və ya işğal altındakı Colan təpələri üzərindən istifadə edərək Suriyadakı hədəflərə raket hücumları təşkil edir.

BMT-nin Livanda yerləşən sülhməramlı qüvvələri, sionist rejimin gündəlik olaraq BMT qətnamələrini və Livanın hava məkanını pozması barədə dəfələrlə məlumat verib.

Xəbəri paylaş

VİDEOLAR