Suriya Amerika və Türkiyə qoşunlarının bu ölkədən çıxarılmasını tələb edir

Suriya Amerika və Türkiyə qoşunlarının bu ölkədən çıxarılmasını tələb edir

Suriyanın BMT-dəki daimi nümayəndəsinin müavini vurğulayıb ki, Amerika və Türkiyə qoşunları bu ölkə ərazisindən çıxmalıdır.

Suriyanın BMT-dəki daimi nümayəndəsinin müavini əl-Həkəm Dandi Təhlükəsizlik Şurasının bəzi üzvlərinin Suriyadakı əsas problemlərə, o cümlədən terrorizm və Suriya ərazilərinin işğalına məhəl qoymamaqda israrlarını tənqid edib.

Dandi Təhlükəsizlik Şurasının iclasında deyib:

"Təhlükəsizlik Şurasının bəzi üzvləri Suriyadakı problemlərə, xüsusilə terrorizmə və Suriya ərazisinə hücumlara məhəl qoymamaqda israrlıdırlar.

Türkiyənin Suriya ərazisinə hücumlarına haqq qazandırmaq üçün irəli sürdüyü bəhanələrə heç kim aldanmır”.

Suriyanın BMT-dəki daimi nümayəndəsinin müavini də Amerika qoşunlarının Suriyadan çıxarılmasının vacibliyini vurğulayaraq, Təhlükəsizlik Şurasından Türkiyəni Suriyadakı qeyri-qanuni hərbi mövcudluğuna son qoymağa məcbur etməsini istəyib.

Xəbəri paylaş

VİDEOLAR