19.04.2022 18:43:34
Suriya Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ-ın Rakka və oradakı fəlakətin miqyası ilə bağlı rəsmi hesabatları yanlışdır və Birləşmiş Millətlər Təşkilatı şəhərin dağıdılması və minlərlə sakinin öldürülməsi ilə bağlı araşdırma aparmalıdır.
Az.rasthaber.com xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi bazar ertəsi axşam ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyasının Rakkada törətdiyi hərbi cinayətlərlə bağlı BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının sədrinə məktub göndərib.
Suriya Xarici İşlər Nazirliyi bəyanat yayaraq, ABŞ koalisiyasının Rakka şəhərini yerlə-yeksan etdiyini və minlərlə günahsız insanın qətlə yetirildiyini, lakin bu məsələnin beynəlxalq səviyyədə müzakirə olunmadığını bildirib.
Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
“Koalisiyanın Rakkadakı hərəkətləri beynəlxalq ictimaiyyətin tam məlumatlı olmadığı ən dəhşətli cinayətlərdən biridir, lakin artıq bu humanitar, hüquqi və siyasi məsələyə aydınlıq gətirməyin vaxtı çatıb”.
Bəyanatda deyilir ki, dövlət və özəl infrastruktur obyektlərinə dəymiş ziyanın həcmi və Rakka, Ayn əl-Ərəb və əl-Bağuzda itkilərin sayı ABŞ və müttəfiqlərinin insanlığa qarşı hərbi cinayətlər törətdiyini göstərir.