Suriya Xarici İşlər Nazirliyi ABŞ nümayəndə heyətinin Suriyanın şimal-şərqinə səfərini ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib.
Az.rasthaber.com xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyindən verilən açıqlamada ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə müşaviri Etan Qoldriçin rəhbərlik etdiyi Amerika nümayəndə heyətinin Suriyanın şimal-şərqinə səfərinin ölkənin suverenliyinin pozulması olduğu bildirilib.
Açıqlamada bildirilib:
"Bu yaxınlarda ABŞ dövlət katibinin müavini Ethan Goldriçin rəhbərlik etdiyi Amerika nümayəndə heyətinin Suriyanın şimal-şərqinə qanunsuz daxil olması və separatçı qruplarla görüşləri, Suriyanın suverenliyi və ərazi bütövlüyünün, beynəlxalq hüquq prinsiplərinin və BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qətnamələrinin kobud şəkildə pozulmasıdır.".
Qeyd edək ki, bundan əvvəl Qoldriçin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti bölgədəki gərginliyi azaltmaq üçün Suriyanın şimal-şərqində kürd qüvvələri, suriyalı müxalifət və yerli qəbilə liderləri ilə görüşmüşdü.