"Dünyadakı azadlıqsevərlər şəhid Süleymaninin qanının intiqamını düşmənlərdən alacaqlar".
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu sözləri İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general İsmayıl Qaani deyib.
"Düşmən namərdcəsinə general-leytenant Qasim Süleymanini şəhid etdi. Bütün dünyadakı azadlıqsevərlər şəhid Soleymaninin qanının intiqamını almaq istəyirlər və onun intiqamını düşmənlərdən alacaqlar.", -deyə general bildirib.
General İsmayıl Qaani Tehranda onun İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı kimi təqdimatı mərasimində bildirib ki, düşmənlər general-leytenant Qasim Süleymani ilə döyüş meydanında vuruşmaq qüdrətinə malik deyildilər.
"Şəhid Süleymaninin qüdrət və inamla addım atdığı aydın yol qüdrətlə davam edəcək.", -deyən Qaani Amerikanın siyasətini şər işlər, düşmənçilik və xəbislik adlandırıb. "İranın düşmənləri gücdən başqa bir dil başa düşmürlər. Bu cəhətdən, onların qarşısında qüdrətlə dayanmaq və müqavimət göstərmək lazımdır.", -deyə İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı əlavə edib.
İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı Qasim Süleymaninin şəxsiyyətilə bağlı "Vilayətə tabe olmaq, şəhid Süleymaninin hərəkətlərinin mehvəri və əsas göstəricisi idi. Nəhayət İslamın yüksəlişi yolunda uzun illər mübarizədən sonra öz çoxdankı arzusu olan şəhadətə çatdı.", -deyə qeyd edib.