Süleymani sui-qəsdilə bağlı iş məhkəməyə təqdim olunub

Süleymani sui-qəsdilə bağlı iş məhkəməyə təqdim olunub

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanının hüquqi məsələlər üzrə müavini şəhid Süleymaninin terroru ilə bağlı məhkəmə işinin yeni təfərrüatlarını açıqlayıb.

Rasthaber xəbər verir ki, Sepah-ın baş komandanının hüquqi məsələlər üzrə müavini Söhrab Əli Şəmxani "Mehr" xəbər agentliyi ilə müsahibədə deyib: "General Süleymani Sepah-ın üzvü idi və bu korpus tərəfindən bir şikayət ərizəsi tənzimlənib və məhkəmə orqanlarına təqdim edilib".

Şəmxaninin sözlərinə görə, bu şikayət ərizəsi əməkdaşların səyləri sayəsində hərtərəfli və mükəmməl məlumatlara malikdir və onda ABŞ-ın keçmiş prezidenti Donald Tramp da daxil, 50 müttəhim var.

Sepah-ın baş komandanının hüquqi məsələlər üzrə müavini əlavə edib: "Bu işdə bütün müttəhimlər amerikalıdırlar, baxmayaraq ki, bu qrupda Britaniyadan olanlar da var".

Şəmxani nəticə əldə etmək üçün BMT-nin bu işə müdaxilə etməli olması barədə isə deyib: "Biz hətta beynəlxalq müstəvidə də bunu izləməliyik".

Xəbəri paylaş

VİDEOLAR