Süleymani məktəbinin davamçıları Amerikanın sümüklərini qırıb tökəcəklər

Süleymani məktəbinin davamçıları Amerikanın sümüklərini qırıb tökəcəklər

Qüds gücləri komandanı general pasdar İsmail Qaani bildirib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbərinə görə, Qüds gücləri komandanı general pasdar İsmail Qaani müqəddəs Məşhəd şəhərində keçirilən "Şəhidlərin xatirəsi"mərasimində bildirib ki, Amerika, general-leytenant pasdar Qasim Süleymanini terror etməklə özünün cinayətkar olduğunu dünya xalqlarına sübut etdi.

"Şəhid Süleymani məktəbinin davamçıları Amerikanın sümüklərini qırıb tökəcəklər.", -deyə o bildirib.

General Qaani yəmənlilərin təcavüzkarlar qarşısındakı müqavimətinə işarə edərək deyib: "Bu döyüşçülər on gündən az bir müddətdə səud rejiminin mərkəzləri üzərində səkkiz uğurlu əməliyyat keçiriblər."

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı "Dünyanın bütün imkanlarının ixtiyarında olmasına rəğmən, sionist rejim amanda qalmaq üçün öz ətrafına eni bir, hündürlüyü ilə altı metr olan bir divar çəkməkdədir.", -deyə əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR