Səudiyyə koalisiyası Yəmənə hava zərbələri endirib.
Rasthaber Azərbaycan xəbər verir ki, Yəmənin Hudeydə əyaləti Səudiyyə Ərəbistanı Ordusunun qırıcıları tərəfindən bombalanıb.
“Al Masirah”ın xəbərinə görə, Səud və koalisiya qüvvələrinin Yəmən xalqına qarşı cinayətləri davam edir.
Ərəb mediası, Yəmənin Hudeydə əyalətindəki Durayhimi bölgəsinin Səudiyyə Ərəbistanı Ordusunun qırıcıları tərəfindən bombalandığını bildirib.
2015-ci ilin Mart ayından etibardən Səudiyyə koalisiyasının Yəməndəki hücumları nəticəsində azı 1248 uşaq həlak olub, 1284-ü isə yaralanıb.