Səudiyyənin yaranma tarixi dəyişdirildi

Səudiyyənin yaranma tarixi dəyişdirildi

Səudiyyə Ərəbistanında dövlətin yaranma tarixi dəyişdirilib.

Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, kral Salman bin Əbdüləzizin mövzu ilə bağlı verdiyi fərman rəsmi xəbər agentliyi SPA-da dərc olunub.

Bildirilib ki, fərman dövlətin köklərinə və vətəndaşların keçmiş hökmdarlara dərin sədaqətinə əsaslanır.

Sənədə əsasən, bundan sonra Səudiyyə Ərəbistanı Krallığının yaranma tarixi 23 sentyabr 1932-ci ildən deyil, 22 fevral 1727-ci ildən hesablanacaq. Məhz sonuncu tarix ümummilli bayram kimi qeyd ediləcək.

Xəbəri paylaş

VİDEOLAR