Səudiyyə Ərəbistanı Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri vurğulayıb ki, bu ölkənin sionist rejimlə münasibətləri normallaşdırması üçün şərtlər bəllidir.
Az.rasthaber.com xəbər verir ki, Səudiyyə Ərəbistanı Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Turki əl-Faysal müsahibəsində deyib:
"Səudiyyə Ərəbistanının sionist rejimlə əlaqələrinin normallaşmasının şərtləri bəllidir və bu şərtlər paytaxtı Qüds olan Fələstin dövlətinin yaradılması və qaçqınların geri qayıtmasıdır.
Bu şərtlər ərəb sülh planına daxil edilmişdir".
Türki əl-Faysal həmçinin qeyd edib ki, nə Amerika, nə də Avropa Səudiyyə Ərəbistanı ilə İran arasında razılaşmaya zəmanət verə bilməz və Çinin kömək etdiyi kimi dürüst vasitəçi ola bilməzlər, çünki Çin Səudiyyə Ərəbistanı və İranla yaxşı münasibətlərə malikdir.