"Səudiyyənin İsraillə ittifaqı İslam ümmətinin ürəyinə sancılmış bir xəncərdir"

Hizbullahın Mərkəzi Şurasının üzvü, müqavimət birliklərinin kölgəsində sionist rejimin bütün təhdidlərinin boş olduğunu bəyan edib.

Az.rasthaber.com xəbər verir ki, Hizbullah Mərkəzi Şurasının üzvü Şeyx Nəbil Kavuk deyib:

"Müqavimət bərabərliyi qarşısında İsrailin təhdidləri faydasızdır və bu təhdidlər ordunun, millətin və müqavimət birliyinin gücündən asılı olan Livanın mövqeyinin gücü reallığını dəyişə bilməz.

Səudiyyə Ərəbistanı ilə İsrail arasında istənilən ittifaq, Livanın, Fələstinin, Suriyanın və bütün İslam ümmətinin ürəyinə sancılan bir xəncərdir.

Livan və müqavimət Fələstinə və Fələstin məsələsinə sadiqdir".

Qeyd edək ki, İbrani mediası bu yaxınlarda, ABŞ prezidenti Co Baydenin regiona səfərindən əvvəl, sionist rejimin Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılmasını başa çatdırmaq üçün gizli səylər göstərdiyini açıqlayıb.

Digər tərəfdən, ötən həftələrdə Səudiyyə Ərəbistanı öz hava məkanını İsrail təyyarələri üçün açıb və eyni müddət ərzində Tel-Əvivdən Ər-Riyad hava limanına çoxlu uçuşlar həyata keçirilib.

Xəbəri paylaş

VİDEOLAR