ABŞ-da bir araşdırma mərkəzi, Ər-Riyad hökumətinin Amerikanın lobbi şirkətlərindən istifadə edərək və milyonlarla dollar xərcləyərək, Yəməndəki cinayət və qətllərini ört-basdır etməyə çalışdığını açıqlayıb.
ABŞ prezidenti Co Baydenin Yəməndəki müharibəni bitirməyə çalışdığına dair iddialarına baxmayaraq, ABŞ digər qərblilərlə birlikdə, Yəmən müharibəsində bu işğalçı koalisiyanın ən böyük dəstəkçisi olaraq, təcavüzkarları və işğalçıları həm hərbi, həm də siyasi cəhətdən dəstəkləyir.
Səudiyyə Ərəbistanı müharibənin yeddinci ildönümündə, işğalçı olmadığını bəyan etmək istəyir və bu yalanın təbliği üçün ABŞ-a böyük məbləğdə pul ödəyib. Lakin reallıq lobbilərin çəkdiyi görüntüdən çox fərqlidir.
Qeyd edək ki, işğalçı ABŞ-Səudiyyə koalisiyasının Yəmənə qarşı hücumlarından 7 ildən çox vaxt keçir və işğalçı koalisiyanın bu qətllərdə yeganə bacardığı yeganə iş, BMT-nin və insan haqlarının susqunluğu kölgəsində, milyonlarla günahsız insanın öldürülməsi və didərgin salınmasıdır.
Yəmən Milli Ordusu və Ənsarullahın, təcavüzkar və işğalçılara qarşı müqaviməti bu günlərdə Səudiyyə Ərəbistanını çətin vəziyyətə salıb. ABŞ-ın yaşıl işığı ilə, bir neçə həftəyə Yəməni işğal etmək istəyən səudiyyəlilər, 7 ildən sonra bu bataqlıqdan çıxış yolu tapa bilmirlər.
Tamamilə aydındır ki, Səudiyyə Ərəbistanının insan haqları ilə bağlı hazırkı vəziyyəti dünyada ən pis göstəricilərdən biridir. Bununla belə, Səudiyyə Ərəbistanının Qərb hökumətləri və Qərbdəki siyasi elita ilə müttəfiqliyi, həmçinin, ABŞ və Avropadakı reklam və lobbi şirkətlərinə verdiyi milyonlarla dollarlar sayəsində, Səudiyyə hökuməti indiyə qədər özünü hər hansı bir mənfi reaksiyalardan situasiyadan qoruya bilib.
Heç bir pul və ya lobbiçilik Yəmən müharibəsində Səudiyyənin cinayətlərini və qətllərini düzəldə bilməz. Yəmənlilərin bu dağıdıcı müharibədə yaşadıqları çoxlu ağrı və sıxıntılara baxmayaraq, bu müharibənin ən bariz nəticələrindən biri, Ənsarullah hərəkatının rəhbərlik etdiyi Yəmən müqavimətinin gücləndirilməsi oldu.