Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Tehran-Riyad münasibətlərinin normallaşması ilə bağlı açıqlama verib.
Azrasthaber.com xəbər verir ki, Feysəl bin Fərhan bildirib:
"İranla imzalanmış saziş iki illik danışıqların nəticəsi idi və biz nəhayət mehriban qonşuluq prinsipi və iki ölkənin milli suverenliyinə hörmət əsasında razılığa gəldik".
Feysəl bin Fərhan bəyan edib ki, hər iki tərəf bütün regional təhlükəsizlik məsələlərinin bu danışıqların davamı əsasında həll edilməli olduğunu vurğulayıb.
Səudiyyə naziri deyib ki, onun ölkəsi dialoqa mübahisələrin həlli üçün ən yaxşı yol kimi baxır.
Qeyd edək ki, Çinin ev sahibliyi etdiyi gərgin danışıqlar nəticəsində İran və Səudiyyə Ərəbistanı ikitərəfli münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.