Səudiyyədə neft tankerinə hücum olub

Səudiyyədə neft tankerinə hücum olub

Səudiyyə Ərəbistanı və Yəməndəki husilər hadisə ilə bağlı hələ açıqlama veməyiblər.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, yerli mənbələrin məlumatına görə Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahillərindəki Ciddə limanına lövbər salmış BW Rhine adlı Sinqapur bayraqlı bir neft tankerinə hücum nəticəsində partlayış baş verib.

Gəminin bağlı olduğu BW Qroup şirkətin məlumatına görə Gəminin göyərtəsində 22 nəfərdən ibarət heyət üzvü hadisədən sağ xilas olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Yəməndəki husilər hadisə ilə bağlı hələ açıqlama veməyiblər.

Xəbəri paylaş

VİDEOLAR