Səudiyyədə çevrilişə cəhd: Kralın qardaşı, rəsmilər və zabitlər saxlanıldılar

Səudiyyədə çevrilişə cəhd: Kralın qardaşı, rəsmilər və zabitlər saxlanıldılar

Daxili İşlər Nazirliyinin və digər dövlər qurumlarının onlarla hərbi və mülki rəsmiləri saxlanılıblar.

 Səudiyyə Ərəbistanın kralının qardaşı sabiq daxili işlər naziri Əhməd bin Əbdüləziz, kralın qardaşı oğlu sabiq daxili işlər naziri və vəliəhd Məhəmməd bin Nayif saxlanılıblar.

Rasthaber Azərbaycan SalamNews-a istinadən xəbər verir ki, bu barədə ilk məlumatı ABŞ mətbuatı yayıb.

"The Wall Street Journal" və sair ABŞ media qurumları bildiriblər ki, ötən gecə və bu gün səhər həyata keçirilən həbslər çərçivəsində kralın qardaşı Əhməd bin Əbdüləziz, kralın qardaşı oğlu Məhəmməd bin Nayif, kralın digər qardaşı oğlu Nəvaf bin Nayif çevrilişə cəhd ittihamı ilə saxlanılıblar.

Qeyri rəsmi və yerli mənbələrin məlumatına görə bu həbslər çərçivəsində Daxili İşlər Nazirliyinin və digər dövlər qurumlarının onlarla hərbi və mülki rəsmiləri saxlanılıblar.

Qeyd edək ki, kral Salman bin Əbdüləziz qardaşı və qardaşı oğlunu vəliəhdlik postundan kənarlaşdıraraq, bu mühüm postu öz oğlu Məhəmməd bin Salmana (hazırki müdafiə naziri) verib.

Ekspertlərin fikrincə həyata keçirilən həbslər ölkədə faktiki iqtidar sahibi olan kralın oğlu Məhəmməd bin Salman tərəfindən rəqiblərinin aradan götürülməsi məqsədilə həyata keçirilir.

Xəbəri paylaş

VİDEOLAR