Səudiyyə Yəmənin yanacaq daşıyan gəmilərindən birini buraxıb

Səudiyyə Yəmənin yanacaq daşıyan gəmilərindən birini buraxıb

Səudiyyə Ərəbistanı Yəmənə məxsus neft və neft məhsulları daşıyan gəmilərdən birini buraxıb.

Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, bu barədə husilərin dəstəklədiyi “Milli Qurtuluş Hökuməti”nin Neft Nazirliyi açıqlama verib.

Bildirilib ki, Səudiyyə Ərəbistanı atəşkəs razılaşması imzalanandan indiyə qədər yalnız bir gəmini sərbəst buraxıb.

Əlavə edilib ki, Səudiyyə Ərəbistanı hərbi koalisiyası saxladığı digər üç yanacaq tankerini hələ də sərbəst buraxmayıb.

Qeyd edək ki, BMT və bir sıra region dövlətlərinin vasitəçiliyi ilə Yəmən münaqişəsinin tərəfləri arasında iki aylıq atəşkəs imzalanıb. Atəşkəsə əsasən husilərin nəzarətində olan paytaxt Səna hava limanı və əl-Hudeyda dəniz limanına tətbiq edilən mühasirə aradan qaldırılmalıdır. Habelə Səudiyyə Ərəbistanın illərdir saxladığı yanacaq və ərzaq gəmiləri husilərin nəzarətində olan bölgələrə buraxılmalıdır.

Xəbəri paylaş

VİDEOLAR