İranın Xarici İşlər Nazirliyi Yəməndə müharibənin yeddinci ilinə təsadüf edən bir bəyanat yayaraq, "Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənə qarşı hərbi təcavüzünü, onu əsrin ən böyük humanitar fəlakətinə çevirdiyini" vurğulayıb.
Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, İranın Xarici İşlər Nazirliyi bildirib ki, “Yəmənə qarşı dağıdıcı müharibə səkkizinci ilinə qədəm qoyur və buna görə, günahsız dinc sakinlər, qadınlar və uşaqlar birbaşa və ya dolayı yolla onun təsirlərindən əziyyət çəkirlər.”
Əlavə edilib ki, “müharibə Yəməndə infrastruktur və səhiyyə sisteminin məhvinə gətirib çıxarıb və bütün sahələrdə ciddi mənfi təsirini göstərməkdədir.”
Bəyanatda əlavə edilib ki, “təcavüzkarlar Yəmənə ən şiddətli şəkildə dənizdən, qurudan və havadan mühasirə tətbiq etməklə, siyasi və hərbi güzəştlər əldə etmək məqsədi ilə Yəmən xalqına təzyiq göstərirlər.”
Qeyd edilib ki, tətbiq edilən mühasirə nəticəsində dərmanların, qidanın, yanacağın və Yəmən xalqının ehtiyacı olan digər əmtəələrin idxalı açıq-aşkar şəkildə alınmaqdadır.
İran Xarici İşlər Nazirliyi Yəməndə beynəlxalq qanunların və insan haqlarının davamlı şəkildə pozulmasının arxasında BMT Təhlükəsizlik Şurasının ikili standartlarının dayandığını hesab edib.
Bəyanatda mühasirəyə son qoymaq, atəşkəsi bərpa etmək, Yəmən-Yəmən dialoqunu xarici müdaxilələrdən kənar şəkildə təmin etmək tələb edilib və münaqişənin həllinin yalnız siyasi olduğu diqqətə çatdırılıb.