Səudiyyə Ərəbistanı BMT tərəfindən icazəsi olan və yanacaq yükünü Yəmənə aparan daha bir gəmini saxlayıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Milli Qurtuluş Hökumətin”in "Dövlət Neft Şirkəti" bəyanat verib.
Bildirilib ki, 23,920 ton benzin daşıyan “Prinses Halima” neft tankeri BMT tərəfindən yanacaq yükünün Yəmənə çatdırılması ilə bağlı icazəsi olmasına baxmayaraq Səudiyyə Ərəbistanı hərbi koalisiyası tərəfindən saxlanılıb.
Qurum bildirib ki, təkcə son atəşkəs dövründə Səudiyyə Ərəbistanı Yəmənə yanacaq aparan beş tankeri saxlayıb ki, onların hamısı hələ sərbəst buraxılmayıb.
Bundan öncə husilərin rəhbərlik etdiyi “Yəmənin Ali Siyasi Şurası” atəşkəs şərtlərinin intensiv pozulması ilə bağlı xəbərdarlıq etmişdi.
Qeyd edək ki, artıq Yəməndə atəşkəs üçüncü aya daxil olub. Paytaxt Səna hava limanından məhdud sayda uçuşların bərpası, yanacaq, ərzaq və digər strateji məhsulların idxalına imkan yaratmaq atəşkəsin əsas şərtərindən hesab edilir.