Səudiyyə Yəmənə məxsus neft tankerini ələ keçirib

Səudiyyə Yəmənə məxsus neft tankerini ələ keçirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin Xodeyda limanına neft məhsulları daşıyan tankeri giriş icazəsi olmasına baxmayaraq, saxlayıb.

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, bu barədə cümə günü Yəmənin neft şirkəti “Yemen Petroleum Company” məlumat yayıb.

"30 min tondan çox dizel yanacağı daşıyan "Pericles" gəmisi BMT-dən giriş icazəsi olmasına baxmayaraq, yoxlamadan sonra saxlanılıb", - deyə bildirilib.
Məlumata görə, bununla da ərəb koalisiyasının əlində olan gəmilərin sayı üçə çatıb.

 

Xəbəri paylaş

VİDEOLAR