Səudiyyə və Suriya 12 il sonra səfirliklərin fəaliyyətini bərpa edəcək

Səudiyyə və Suriya 12 il sonra səfirliklərin fəaliyyətini bərpa edəcək

Suriya və Səudiyyə Ərəbistanı diplomatik əlaqələrin pozulmasından 10 ildən çox davam edən fasilədən sonra öz səfirliklərinin işlərinin bərpasına dair razılığa gəlib.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, ər-Riyad və Dəməşqdə səfirliklərin açılmasının mümkün tarixi ilə bağlı ətraflı məlumat verilməyib. Hələ ki, heç bir tərəf bu məlumatı rəsmi şəkildə şərh etməyib.

Xatırladaq ki, daha öncə ərəb diplomatik mənbələrindən biri bildirmişdi ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysal bin Fərhan Ali-Səud Fitr bayramı günü Suriyaya səfər etməyi planlaşdırır. Qeyd edilib ki, səudiyyəli nazirin səfəri 12 illik fasilədən sonra krallığın Dəməşqdəki səfirliyinin açılması ilə əlaqədar olacaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı 2011-ci ildə Dəməşqdəki səfirini geri çağıraraq Suriyaya qarşı iqtisadi məhdudiyyətlər tətbiq edib, həmçinin Suriyada xaos yaradan qüvvələrə maliyyə dəstəyi verib.

Xəbəri paylaş

VİDEOLAR