Hudeyda şəhərində atəşkəs son 24 saat ərzində 42 dəfə pozulub.
Rasthaber Azərbaycan "eastnews.org"a istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri Yəmənin Hudeyda şəhərində atəşkəsi yenidən pozub.
Bu barədə paytaxt Sənadakı hökumətə tabe olan Müdafiə Nazirliyi mətbuat katibi Yəhya əs-Səri açıqlamasında bildirib.
Yəhya əs-Səri açıqlamasında vurğulayıb ki, Hudeyda şəhərində atəşkəs son 24 saat ərzində 42 dəfə pozulub.
O qeyd edib ki, Yəmən ordusu hücumlara adekvat cavab vermək haqqına sahibdir.