Səudiyyə və BƏƏ başçıları Baydenin zəngini cavabsız qoydular

Səudiyyə və BƏƏ başçıları Baydenin zəngini cavabsız qoydular

Vaşinqtonun ABŞ prezidenti Co Bayden və Səudiyyə Ərəbistanı və BƏƏ rəhbərliyi arasında telefon danışığı təşkil etmək cəhdi uğursuz olub.

Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, “Wall Street Journal”-ın məlumatına görə, danışığın Rusiya ilə mübarizədəki beynəlxalq dəstək və neft qiymətlərinin artımının dayandırmaq məqsədilə keçirilməsi planlaşdırılırdı.

“Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və BƏƏ şeyxi Məhəmməd bin Zayed Baydenlə danışmaqdan imtina ediblər”, – deyə qəzet vəzifəli şəxslərə istinadən qeyd edib.

Lakin şahzadə və şeyx ötən həftə Rusiya, həmçinin Ukrayna prezidentləri ilə danışıblar.

Məlumata görə, BƏƏ və Səudiyyə Ərəbistanı neft hasilatını artırmaqdan imtina edirlər və OPEK və Rusiyanın başçılıq etdiyi istehsalçılar qrupu tərəfindən təsdiqlənmiş plan üzrə hərəkət edir.

Xəbəri paylaş

VİDEOLAR