Səudiyyə rəsmisi: "Məhəmməd bin Salman təhlükəli bir psixopatdır"

Səudiyyə rəsmisi:

Səudiyyə Ərəbistanında yüksək rütbəli keçmiş kəşfiyyat məmuru Co Baydenin ölkəyə səfərindən beş gün əvvəl dərc olunmuş müsahibəsində, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın “empatiyası olmayan psixopat” olduğunu vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, Səudiyyə Ərəbistanı Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Saad əl-Cabiri, ABŞ prezidenti Co Baydenin Ər-Riyad səfərindən beş gün əvvəl CBS kanalına verdiyi müsahibəsində, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı “psixopat” adlandırıb və onun bütün dünya üçün təhlükə olduğunu bildirib.

Bazar günü dərc olunan bu müsahibəsində Saad əl-Cabiri xəbərdarlıq edərək bildirib:

"İngilis abbreviaturası ilə "MBS" kimi tanınan Məhəmməd bin Salman qeyri-məhdud resursları olan bir sui-qəsdçidir. 

Mən Yaxın Şərqdə qeyri-məhdud resursları olan bir qatil, psixopat barədə xəbərdarlıq etmək üçün buradayam. O, öz xalqı, amerikalılar və dünya üçün təhlükədir.

O, empatiyası olmayan, emosiyanı başa düşməyən və yaşadıqlarından heç vaxt dərs almayan psixopatdır və biz bu qatilin vəhşiliyinin və cinayətlərinin şahidi olduq".

Qeyd edək ki, Əl-Cabiri uzun müddət Səudiyyə Ərəbistanının keçmiş vəliəhdi, 2017-ci ilin iyununda vəliəhd şahzadə vəzifəsindən uzaqlaşdırılan və yerinə Məhəmməd bin Salman təyin olunan Məhəmməd bin Nayefin müşaviri vəzifəsində çalışıb.

Xəbəri paylaş

VİDEOLAR